Tramp Si Cinpini ABŞ-yə dəvət edib

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trump rəsmi olaraq Çin Xalq
Respublikasının sədri Si Cinpini ABŞ-yə səfərə dəvət edib.

Trend xarici
mediaya istinadən xəbər verir ki, bunu Ağ Ev rəhbəri Pekinin Xalq
toplantıları Evində təntənəli ziyafət zamanı bəyan edib.




“Bir daha bu möhtəşəm qəbul üçün sizə təşəkkür edirəm, sədr Si
Cinpin. Bu axşam sizi və xanım Peni (Çinin birinci xanımı Pen
Liyuanın) sentyabrın 24-də Ağ Evdə bizi ziyarət etməyə dəvət etmək
mənim üçün böyük şərəfdir. Biz bu görüşü səbirsizliklə gözləyirik”,
– deyə Tramp Çin nümayəndə heyətinə müraciət edərək bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir