
Bakı. Trend:
Rusiyanın Sakit Okean Donanmasının (SOD) axtarış ekspedisiyası
Böyük Pyotr körfəzinin sularında ötən əsrin əvvəllərində batmış
gəmini aşkar edib.
Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.
“Böyük Pyotr körfəzinin akvatoriyasının tədqiq olunması
nəticəsində Sakit Okean Donanmasının qüvvələri dəniz dibində
yerləşən bir gəmini aşkar edib. İlkin məlumatlara görə, bu, 1906-cı
ildə Vladivostoka yaxınlaşarkən mina partlaması nəticəsində
zədələnərək batmış ‘Knyaz Qorçakov’ paroxodudur”, — deyə SOD
mətbuat xidmətinin məlumatında bildirilir.
Arxiv sənədlərinə görə, “Knyaz Qorçakov” Odessa–Vladivostok
marşrutu üzrə hərəkət edirdi və Rusiya–Yaponiya müharibəsi
(1904–1905) illərində yaponların yerləşdirdiyi dəniz minasına
düşərək partlayıb. Gəmi korpusun burun hissəsindən zədələnib. Heyət
üzvlərinin gəmini xilas etmək cəhdləri nəticəsiz qalıb və “Knyaz
Qorçakov” batıb. Bütün heyət qayıqlarla təxliyə olunmağa nail
olub.

