
Bakı. Trend:
Pentaqon yaxın üç il ərzində operativ şəkildə 10 min ədəd
nisbətən ucuz qanadlı raket almağı planlaşdırır.
Trend bu barədə
xarici mediaya istinadla xəbər verir.
“Low-Cost Containerized Missiles” (LCCM) proqramı çərçivəsində
hər raketin qiyməti bir neçə yüz min dollar təşkil edəcək. Yeni
silahlar ABŞ Silahlı Qüvvələrinə arsenalı artırmaq və şaxələndirmək
imkanı verəcək, həmçinin hazırda silahlanmada olan “Tomahawk”
raketlərini tamamlayacaq.
Raketlərin hazırlanması və istehsalı üçün Pentaqon “CoAspire”,
“Zone 5”, “Leidos” və “Anduril Industries” şirkətləri ilə
müqavilələr bağlayıb.
WSJ daha əvvəl yazmışdı ki, ABŞ İranla münaqişə zamanı 1000-dən
çox uzaqmənzilli “Tomahawk” raketi, eləcə də THAAD və Patriot daxil
olmaqla hava hücumundan müdafiə sistemlərinin 1,5-2 min kritik
əhəmiyyətli dəf edici –raketlərdən istifadə edib. Ehtiyatların tam
bərpası altı ilədək vaxt apara bilər.

