İbrahimoviçə görə “Milan”dan ayrıla bilər

Baş səhifə

Bakı. Trend:

Massimiliano Alleqri mövsümün sonunda “Milan”dan ayrıla
bilər.

Trend xəbər
verir ki, italiyalı məşqçi klub rəhbərliyi və məsləhətçi
vəzifəsində çalışan Zlatan İbrahimoviçlə problem yaşayır. Bu barədə “Corriere dello Sport” nəşri məlumat yayıb.




58 yaşlı mütəxəssisin İtaliya milli komandasını çalışdırmaq
ehtimalı var. Federasiya təcrübəli çalışdırıcı ilə danışıqlara
başlamağı planlaşdırır.

Qeyd edək ki, Massimiliano Alleqri mövsümün əvvəlində “Milan”ın
baş məşqçisi vəzifəsinə təyin olunub. Onun komandası A Seriyasında
36 turdan sonra 67 xal toplayıb və turnir cədvəlinin 4-cü
pilləsində qərarlaşıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir