Fransa millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Futbol üzrə Fransa millisinin dünya çempionatının final
mərhələsi üçün heyəti açıqlanıb.

Trend-in
məlumatına görə, baş məşqçi Didye Deşam 26 nəfərlik heyətə “Real
Madrid”dən Eduard Kamavinqa və PSJ-dən Luka Şevalyeni daxil
etməyib.

Qapıçılar: Mayk Menyan (“Milan”, İtaliya), Bris Samba (“Renn”),
Roben Risser (“Lans”)

Müdafiəçilər: Luka Din (“Everton”, İngiltərə), Malo Qyusto
(“Çelsi”, İngiltərə), Lukas Ernandes (PSJ), Teo Ernandes
(“Əl-Hilal”, Səudiyyə Ərəbistanı), İbrahima Konate (“Liverpul”,
İngiltərə), Jül Kunde (“Barselona”, İspaniya), Vilyam Saliba
(“Arsenal”, İngiltərə), Dayo Upamekano (“Bavariya, Almaniya),
Maksans Lakrua (“Kristal Pelas”).




Yarımmüdafiəçilər: Nqolo Kante (“Fənərbağça”, Türkiyə), Manu
Kone (“Roma”, İtaliya), Maykl Olise (“Bavariya”, Almaniya), Adrien
Rabyo (“Milan”, İtaliya), Orelyen Çuameni (“Real Madrid”,
İspaniya), Uorren Zair-Emeri (PSJ).

Hücumçular: Manes Akliuş (“Monako”), Bradli Barkolya (PSJ),
Rayan Şerki (“Mançester Siti”, İngiltərə), Jan-Filipp Mateta
(“Kristal Pelas”, İngiltərə), Kilian Mbappe (“Real Madrid”,
İspaniya), Markus Tyuram (“İnter”, İtaliya).

Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək 3
ölkədə – ABŞ, Kanada və Meksikada keçiriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir