
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Çinə səfərindən sonra Vaşinqton və
Pekinin onlarla müqavilə imzalaya biləcəyini bildirib.
Trend-in
məlumatına görə, bu barədə D. Tramp “Fox News” telekanalına verdiyi
müsahibəsində deyib.
Çin prezidenti Si Cinpinlə görüşünün mümkün razılaşmalar üçün
zəmin yaratmağa müvəffəq olması ilə bağlı suala Ağ Ev rəhbəri
görüşlərin “keçən dəfədən daha yaxşı” keçdiyini cavab verib.
“Bilirsiniz, keçən dəfə təxminən 36 razılaşma bağlamışdıq. Bu
dəfə isə daha çox razılaşma olub”, – deyə o qeyd edib.
“Düşünürəm ki, razılığa gələcəyimiz məsələlərdən biri də onların
ABŞ-dən neft almaq istəmələri ilə bağlı razılığa gəlmələridir.
Onlar Texasa gələcəklər – biz Çin gəmilərini Texasa, Luizianaya və
Alyaskaya göndərəcəyik. Düşünürəm ki, razılığa gəldiyimiz
məsələlərdən biri də budur”, – deyə ABŞ prezidenti əlavə edib.

