
Bakı. Trend:
İsrail Prezidenti İsxak Hersoq Nyu-Yorka planlaşdırılmış
səfərini ləğv edib.
Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.
O, Nyu-Yorkda Kolumbiya Universiteti ilə əlaqəli Yəhudi Teoloji
Seminarında diplomların təqdimetmə mərasimində nitqlə çıxış etməli
idi.
İsrail KİV-lərinin məlumatına görə, Hersoq tədbirdə
videobağlantı vasitəsilə çıxış edəcək.
Məlumata əsasən, səfərin ləğvi İsrail Prezidentinin
planlaşdırılmış çıxışı ilə bağlı Fələstinyönümlü fəalların
tənqidləri və etirazları fonunda baş verib.
Bununla belə, Hersoqun ofisindən bildirilib ki, qərar ona qarşı
mümkün aksiyalarla əlaqəli deyil.
“Mövcud şərait bu vaxt Nyu-Yorka səfərə mane olur”,-deyə o
bildirib.

