Kiyevdə dağıntılar altından 24 nəfərin meyiti çıxarılıb

Baş səhifə

Kiyevin Darnitski rayonunda zərbə nəticəsində dağılan yaşayış binasının dağıntıları altından 24 nəfərin meyiti çıxarılıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Bildirilib ki, axtarış-xilasetmə əməliyyatı 28 saatdan çox davam edib.

“Hazırda 24 nəfərin öldüyü təsdiqlənib, onlardan 3-ü uşaqdır. Daha 48 nəfər yaralanıb”, — məlumatda qeyd olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir