Azərbaycanda manatla əmanətlər artır, dollarlaşma səviyyəsi azalır

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin I rübünün sonuna maliyyə sektoru çıxılmaqla depozit
portfeli ilin əvvəlinə nəzərən 2% azalaraq 37 mlrd. manat təşkil
edib.

Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.




Məlumata əsasən, o cümlədən müddətli depozitlər 2% artaraq 16.3
milyard manat, cari depozitlərin həcmi isə 5% azalaraq 20.7 milyard
manat təşkil edib. I rübün sonuna hüquqi şəxslərin cəmi depozitləri
20.1 milyard manat təşkil edib. Bu dövrdə hüquqi şəxslərin
depozitlərində cari hesabların payı 72.3%, müddətli depozitlərin
payı isə 27.7% olub.

I rübün sonuna manatla depozitlər 23.8 milyard manat, xarici
valyutada depozitlər isə 13.3 milyard manat ekvivalentində təşkil
edib. Hesabat dövrü ərzində fiziki şəxslərin əmanətlərinin
dollarlaşma səviyyəsi 0.4 faiz bəndi azalaraq dövrün sonuna 30.4%
təşkil edib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma
səviyyəsi hesabat dövründə dəyişməyib və mart ayında 28% təşkil
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir