Azərbaycan banklarının Blumberq ticarət sistemindəki əməliyyatlarının həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Banklararası bazarın təminatsız seqmentində əməliyyat fəallığı
müşahidə edilib. I rüb ərzində Blumberq ticarət sistemində
banklararası bazar üzrə ümumi həcmi 42.1 milyard manat təşkil edən
1041 əqd bağlanıb.

Trend bu barədə
Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.




Məlumata əsasən, bu göstərici ötən rüb ilə müqayisədə 3.1 dəfə
çoxdur. Bağlanan əqdlərin həcm baxımından 97%-i 1-3 günlük
əməliyyatlar hesabına formalaşıb.

“Hesabat dövründə pul bazarının fəaliyyəti bazar
iştirakçılarının yüksək əməliyyat fəallığı ilə əlamətdar olub.
Qısamüddətli maliyyə resurslarına tələbin aktiv qalması
banklararası əməliyyatların intensivliyini artırıb. Həm təminatsız
seqmentdə, həm də repo bazarında əməliyyat həcmləri genişlənib”, –
məlumatda qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir