
Bakı. Trend:
Azərbaycan qlobal münaqişələr dövründə Ümumdünya Şəhərsalma
Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyi etməklə bütün
dünyaya nümunə olur.
Trend xəbər verir
ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi
vəzifəsini müvəqqəti icra edən İqor Qarafuliç Bakıda keçirilən
“Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının
formalaşdırılması” mövzusunda beynəlxalq konfransda çıxışında
bildirib.
“WUF13-ə artıq 32 min nəfər qeydiyyatdan keçib. Forum bazar günü
başlayır və müzakirələr üçün məkan rolunu oynayır. Dünyanın
müxtəlif yerlərində münaqişələrin alovlandığı bir vaxtda
Azərbaycanın mənzil təminatı, əlçatanlıq və şəhər planlaşdırılması
kimi mövzuların müzakirəsi üçün platforma təqdim etməsi dünya üçün
çox yaxşı nümunədir”, – deyə o bildirib.
İ.Qarafuliç bu yaxınlarda diplomatik korpusla birlikdə Qarabağa
səfər etdiyini qeyd edib.
“Orada hər şeyin dərindən düşünülməsi və bərpa işlərinin yüksək
keyfiyyətlə aparılması çox güclü təəssürat yaradır”, – deyə o
vurğulayıb.

