Türkiyədə Üsküdar bələdiyyəsində əməliyyat – Çox sayda saxlanılan var

Baş səhifə

Bakı. Trend:

Türkiyədə hüquq mühafizə orqanları İstanbul şəhərinin Üsküdar
bələdiyyəsində korrupsiya ilə bağlı istintaq çərçivəsində əməliyyat
keçirib.

Trend bu barədə
Türkiyə mediasına isitnadən xəbər verir.




İstanbul Anadolu Cümhuriyyət Baş Prokurorluğu tərəfindən
bələdiyyənin məsuliyyət sahəsindəki tikintilərdə “qanunvericiliyə
zidd tikililərin istismara qəbul prosedurlarının təsdiqlənməsi və
maddi mənfəət əldə edilməsi” ilə bağlı başladılan istintaq
çərçivəsində 7 nəfərin saxlanıldığı bildirilib.

Qeyd edək ki, İstanbul Polis İdarəsinin Maliyyə Cinayətləri ilə
Mübarizə Şöbəsi tərəfindən, Anadolu Cümhuriyyət Baş Prokurorluğunun
koordinasiyası ilə rüşvət və vəzifədən sui-istifadə cinayətləri
üzrə aparılan araşdırmalar zamanı, Üsküdar Bələdiyyəsinin
məsuliyyət sahəsindəki tikintilərdə istismara qəbul icazəsi üçün
müraciətlər zamanı korrupsiya hallarının olduğu müəyyən olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir