Şahin Bağırovdan gömrük işçiləri ilə bağlı qərar

Baş səhifə

Bakı. Trend:

Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış
Kodeksində dəyişikliklər edilib.

Trend-in əldə
etdiyi məlumata görə, dəyişikliklər korrupsiyanın qarşısının
alınması və hədiyyə alma ilə əlaqədar məhdudiyyətlərlə
bağlıdır.

Yeni qərara əsasən, maddi və sair nemət, imtiyaz və ya güzəştlər
gömrük orqanı əməkdaşına ondan asılı olmayan səbəblərdən verilərsə,
o, bu barədə Komitənin korrupsiya ilə əlaqədar
hüquqpozmalarla bağlı məlumatları qəbul edən və araşdıran
səlahiyyətli struktur bölməsinə (şəxsinə)
məlumat
verməli, maddi və sair nemətləri gömrük orqanına akt üzrə təhvil
verməlidir.

Həmçinin, gömrük orqanı əməkdaşı hədiyyənin qəbul edilməsi və ya
sadə qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi
hallarda bu məsələ barədə Komitənin korrupsiya ilə
əlaqədar hüquqpozmalarla bağlı məlumatları qəbul edən və araşdıran
səlahiyyətli struktur bölməsinin (şəxsinin)
rəyini
öyrənməlidir.




Daha əvvəl əməkdaş hər iki halda bilavasitə
rəhbər
inə məlumat verməli və onun rəyini öyrənməli
idi.

Məlumat üçün bildirək ki, gömrük orqanı
əməkdaşları
dedikdə Dövlət Gömrük Komitəsinin Aparatı və
strukturuna daxil olan gömrük orqanları və qurumlarında xidmət
keçən xüsusi rütbəli vəzifəli şəxslər, habelə gömrük orqanlarında
xüsusi rütbə nəzərdə tutulmayan vəzifələrdə çalışan əməkdaşlar
nəzərdə tutulur.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin sədri Şahin
Bağırovun bununla bağlı aprelin 24-də imzalanan müvafiq qərarı
mayın 6-dan qüvvəyə minib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir