Qurban Yetirmişlidən zəlzələ proqnozları ilə bağlı açıqlama

Baş səhifə

Bakı. Trend:

Zəlzələnin qısa müddətli, yəni yeri, vaxtı və gücü ilə bağlı
proqnozunu vermək bu gün dünya üzrə mümkün deyil.

Trend xəbər
verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi
baş direktoru Qurban Yetirmişli “Şəhərsalmada seysmik təhlükənin və
riskin qiymətləndirilməsində yeni yanaşmalar” mövzusunda keçirilən
konfransda çıxışında bildirib.

“Bəlkə də gələcəkdə nə vaxtsa bu mümkün olacaq. Qısa müddətli
proqnozla yanaşı, yapon alimləri bildirirlər ki, zəlzələ xəbərinin
əhaliyə çatdırılması da çox vacib məsələdir. Məsələn, indi desələr
ki, zəlzələ olacaq, mənqarışıq hamı durub qaçacaq”,- deyə o qeyd
edib.




Qurban Yetirmişlinin sözlərinə görə, hazırda vulkanın püskürməyə
başladığı dövrdən etibarən ona nəzarət edən cihazlar mövcuddur:

“Əvvəllər isə hansısa vulkan püskürəndə bunu ilk olaraq çoban
xəbər verirdi, gedib baxırdıq. Dünyada 2000-dən çox, Azərbaycanda
isə 300-dən çox palçıq vulkanı var. Bundan əlavə, dənizin dibində
də palçıq vulkanları mövcuddur”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir