
Bakı.Trend:
27-29 oktyabr tarixlərində Bakıda VII Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.
Bu barədə Trend-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, forum Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və
Mədəniyyət Təşkilatı (UNESCO) BMT-nin Sivilizasiyalar Alyansı
(UNAOC), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO)
və BMT-nin Ümumdünya Turizm Təşkilatının (UN Touirsm) birgə
tərəfdaşlığı ilə gerçəkləşəcək.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa
dair “Bakı Prosesi”nin tərkib hissəsi olan forumun əsası 2011-ci
ildə qoyulub və bu il forumun 15 illiyi qeyd olunur.
“Bakı Prosesi” və onun çərçivəsində keçirilən Forum Birləşmiş
Millətlər Təşkilatı tərəfindən mədəniyyətlərarası dialoqun və
beynəlxalq əməkdaşlığın təşviqi sahəsində aparıcı qlobal platforma
kimi tanınır.

