
Bakı. Trend:
Beynəlxalq maliyyə bazarlarında volatillik və tənzimləmə
məsələləri müzakirə olunub .
Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Belə ki, Qiymətli Kağızlar üzrə Komissiyaların Beynəlxalq
Təşkilatının illik toplantısı çərçivəsində təşkilatın Avropa
Regional Komitəsinin (ERC) onlayn formatda illik yığıncağı
keçirilib. IOSCO İdarə Heyətinin sədri Jan Pol Servaisin sədrlik
etdiyi yığıncaqda region üzrə 50-dən çox qiymətli kağızlar bazarı
üzrə tənzimləyici qurumundan 100 nümayəndə iştirak edib.
Tədbirdə Azərbaycan Respublikası Mərkəzi Bankını sədr müavini
Əli Əhmədov təmsil edib. O, cari geosiyasi hadisələrin beynəlxalq
maliyyə bazarlarında yaratdığı volatilliyin yerli kapital
bazarlarına təsiri mövzusunda çıxış edib.
Komitə üzvləri qiymətli kağızlar bazarlarında dayanıqlılığın
təmin edilməsi sahəsində yeniliklər barədə fikir mübadiləsi
aparmış, investorların müdafiəsi və nəzarət üzrə beynəlxalq
əməkdaşlığının gücləndirilməsi yollarını müzakirə ediblər. Bundan
əlavə, iştirakçılara IOSCO-nun 2026-cı il üzrə iş planının icrası
barədə məlumat verilib, eləcə də tənzimləyici yanaşmalar arasında
uyğunluğun təşviqində təşkilatın rolu vurğulanıb.

