
Bakı. Trend:
Niderlandın “ING Group” bank qrupunun qiymətləndirmələrinə görə,
Azərbaycanda inflyasiya 2026 və 2027-ci illərdə müvafiq olaraq 5,4%
və 5,2% səviyyəsində gözlənilir.
Bu barədə Trend quruma istinadən xəbər verir.
Qurumun proqnozuna görə, Azərbaycanda inflyasiya 2026-cı ilin
1-ci rübündə 5,7%, 2-ci rübdə 5,5%, 3 və 4-cü rüblərdə 5,2%
olacaq.
Eyni zamanda 2027-ci ilin rüblər üzrə proqnozlarına görə isə
Azərbaycanda inflyasiya gələn ilin ilk rübündə 5%, 2 və 3-cü
rüblərdə 5,3%, 4-cü rübdə isə 5,4% olacaq.
Niderlandın “ING Group” bank qrupunun bundan əvvəlki
qiymətləndirmələrinə görə isə, Azərbaycanda inflyasiyanın 2026 və
2027-ci illərdə müvafiq olaraq 5,2% və 5,1% səviyyəsində olacağı
proqnozlaşdırılmışdı. Beləliklə, qurumun əvvəlki proqnozu ilə
müqayisədə Azərbaycanda inflyasiya gözləntiləri 2026-cı il üzrə 0,2
faiz bəndi, 2027-ci il üzrə isə 0,1 faiz bəndi artıb.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının may proqnozlarına
əsasən, ölkədə 2026 və 2027-ci illərdə illik inflyasiyanın hədəf
diapazonunda (4±2%) qalacağı və müvafiq olaraq 5.9% və 4.5% olacağı
proqnozlaşdırılır.

