Türkiyə Prezidenti: ŞKTC-nin TDT-nin fəaliyyətində iştirakı xüsusi əhəmiyyət daşıyır

Baş səhifə

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentini Tufan Erhürmanı bu Zirvə görüşündə görməkdən böyük məmnunluq duyuram.

APA-nın Türküstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə bildirib.

Türkiyə Prezidenti ŞKTC-nin TDT-nin fəaliyyətində iştirakının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: “Zirvəmizi bizim üçün mənalı edən digər mühüm məqam Türk dünyasının ayrılmaz hissəsi olan Kipr türk xalqının burada təmsil olunmasıdır. Türk dünyasının Şimali Kipr Türk Respublikası ilə siyasi, iqtisadi və mədəni əlaqələrini daha da gücləndirərək davam etdirməsini arzulayıram”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir