Muzeylərə giriş ödənişsiz olunacaq

Baş səhifə

Bakı.Trend:

18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən
muzeylərdə “açıq qapı” günü keçiriləcək.

Bu barədə Trend-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmin gün ziyarətçilərin muzeylərə girişi
ödənişsiz təmin olunacaq.




Bu təşəbbüsün məqsədi insanların asudə vaxtını daha səmərəli
keçirməsinə şərait yaratmaq, onları Azərbaycanın zəngin tarixi,
mədəniyyəti və mədəni irsi ilə yaxından tanış etməkdir.

Qeyd edək ki, Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər
Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilib və əsas
məqsədi muzeylərin cəmiyyətin həyatındakı mühüm rolunu diqqətə
çatdırmaqdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir