
Bakı. Trend:
Azərbaycanın rayonlarında mayın 18-i axşamadək hava şəraitinin
bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir.
Trend Milli
Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, ayrı-ayrı
yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, 16-sı axşam şərq
rayonlarında yağıntının bir qədər güclənəcəyi, şimşək çaxacağı,
dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı
var.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ
çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

