Azərbaycanda nəqliyyat dəhlizlərində yükdaşımaların həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin yanvar-mart aylarında nəqliyyat dəhlizlərində dəmir
yolu nəqliyyatı ilə 3 milyon 407 min ton, dəniz nəqliyyatı ilə 1
milyon 391,8 min ton və avtomobil nəqliyyatı ilə 2 milyon 705,2 min
ton yük daşınıb.

Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.




Məlumata görə, Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin
həcmi 3 milyon 863,3 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya
nəqliyyat dəhlizi ilə 1 milyon 853,9 min ton, Şimal-Cənub nəqliyyat
dəhlizi ilə 2 milyon 265,2 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi
ilə 1 milyon 265,6 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə
daşınmış yüklərin həcmi isə 109,9 min ton təşkil edib.

Dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin 44,3 faizini,
avtomobil nəqliyyatı ilə daşınmış yüklərin 48,8 faizini, dəniz
nəqliyyatı ilə daşınmış yüklərin 89,4 faizini tranzit yüklər təşkil
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir