Azərbaycan, Ukrayna, Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında TRACECA Vahid Tranzit İcazəsi Sazişi imzalanıb (FOTO)

Baş səhifə

Bakı.Trend:

Qazaxıstanın paytaxtı Astanada TRACECA Hökumətlərarası
Komissiyasının XVIII illik toplantısı keçirilib. Tədbirdə
Azərbaycanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid
Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də TRACECA-nın
Azərbaycan üzrə milli katibi Fariz Əliyev təmsil edib.

Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən
(RİNN) məlumat verilib.

Bildirilib ki, nazir müavini Cavid Qurbanov çıxışında
Azərbaycanın TRACECA-da aktiv iştirakını və təşkilatla əməkdaşlığın
xüsusi əhəmiyyət daşıdığını bildirib. Həmçinin nəqliyyat-logistika
sektorunun inkişafı, tranzit prosedurlarının sadələşdirilməsi və
rəqəmsallaşdırılması istiqamətində görülən işlər barədə məlumat
verib.




İclas çərçivəsində Azərbaycan, Ukrayna, Qazaxıstan, Qırğızıstan
və Özbəkistan arasında TRACECA Vahid Tranzit İcazəsi Sazişi
imzalanıb. Sənəd iştirakçı dövlətlərin daşıyıcıları üçün digər üzv
ölkələrin ərazilərindən tranzit keçidlər zamanı tələb olunan
tranzit icazələrinin sayının azaldılmasına xidmət edəcək. Belə ki,
bir tranzit daşınması üzrə bir neçə ölkə üçün ayrıca icazənin
alınmasına ehtiyac aradan qaldırılacaq və prosedurlar
optimallaşdırılacaq.

TRACECA üzrə əməkdaşlığın genişləndirilməsi və tranzit
prosedurlarının sadələşdirilməsi regionda nəqliyyat əlaqələrinin
inkişafına, beynəlxalq logistika zəncirlərinin dayanıqlığının
artırılmasına və Avropa – Asiya marşrutlarının rəqabət
qabiliyyətinin gücləndirilməsinə mühüm töhfə verir.

Toplantı çərçivəsində Nazirliyin Nəqliyyat siyasəti şöbəsinin
baş məsləhətçisi Vüqar Orucov təşkilatın fəaliyyətinə verdiyi
töhfəyə görə TRACECA döş nişanı ilə təltif edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir