Ədliyyə Nazirliyinin bir sıra xidmətləri artıq “mygov” platformasında!

Baş səhifə

Bakı. Trend:

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında rəqəmsal
inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün
Fəaliyyət Planı”nın icrası istiqamətində Ədliyyə Nazirliyi
tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir.

Belə ki, rəqəmsal dövlət xidmətlərinin “bir pəncərə” prinsipi
əsasında vahid platforma üzərindən təqdim edilməsi çərçivəsində
Ədliyyə Nazirliyinin bir sıra xidmətləri artıq “mygov”
platformasına inteqrasiya edilib.

Yeni inteqrasiya nəticəsində vətəndaşlar Ədliyyə Nazirliyinin
təqdim etdiyi bir sıra xidmətlərdən artıq ayrı-ayrı platformalara
keçid etmədən birbaşa “mygov” üzərindən istifadə edə bilərlər. Bu
yanaşma dövlət xidmətlərinin vahid platformaya inteqrasiyası,
istifadəçi təcrübəsinin sadələşdirilməsi və xidmətlərə çıxışın
asanlaşdırılması məqsədini daşıyır.

Ədliyyə Nazirliyinin “mygov” platformasına inteqrasiya olunan
xidmətləri barədə məlumat aşağıdakılardır:

  • Tərcümə xidməti
  • Azyaşlının ölkəni tərk etməsi üçün razılıq ərizəsi
  • Fiziki şəxslərə aid icra işləri barədə məlumatların təqdim
    olunması

“Tərcümə xidməti” vasitəsilə vətəndaşlar
notariat qaydasında təsdiqi mümkün olan və notariat təsdiqi mümkün
olmayan sənədlərin tərcüməsi üçün rəqəmsal qaydada müraciət edə
bilərlər. İstifadəçi sənəd və tərcümə dili barədə məlumatları daxil
edib, sənədi platformaya yükləyərək, ödəniş mərhələlərini
tamamladıqdan sonra müraciət aidiyyəti üzrə göndərilir. Xidmət üzrə
müraciətin statusu və tarixçəsi “mygov” üzərindən izlənilə
bilir.

“Azyaşlının ölkəni tərk etməsi üçün razılıq
ərizəsi”
xidmətindən istifadə üçün vətəndaş azyaşlı,
müşayiətçi və eləcə də səfərlə bağlı məlumatları daxil edir, video
identifikasiya və ödəniş mərhələlərini tamamladıqdan sonra müraciət
aidiyyəti üzrə göndərilir. Nəticə barədə istifadəçiyə bildiriş
təqdim olunur.

“Fiziki şəxslərə aid icra işləri barədə
məlumatlar”
vasitəsilə istifadəçilər özlərinə aid icra
işləri və həmin işlər üzrə sənədlərlə platforma üzərindən tanış ola
bilirlər. Sistem sənədlərin PDF formatında yüklənməsinə və
məlumatların operativ şəkildə əldə edilməsinə imkan yaradır.




Qeyd edək ki, yeni xidmətlərlə yanaşı bu vaxtadək Ədliyyə
Nazirliyinin həyat hadisələri əsaslı 5 xidməti və notariat
fəaliyyəti ilə bağlı 4 xidməti “mygov” platformasına inteqrasiya
edilib.

Vətəndaşlar sözügedən xidmətlərdən həm my.gov.az portalı,
həm də “mygov” mobil tətbiqi vasitəsilə istifadə edə bilərlər.

“mygov” mobil tətbiqini yükləmək üçün
keçid:
https://onelink.to/rryy4q

Tətbiqin son yeniliklərini və xəbərlərini sosial
şəbəkələrdə izləyin:

· LinkedIn

· Facebook

· Instagram

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir