Azərbaycan sənaye zonalarında istehsalın həcmi artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin birinci rübü ərzində İqtisadi Zonaların İnkişafı
Agentliyinin idarəçiliyində olan sənaye zonalarında istehsalın
həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 12,2 faiz artıb.

Trend bu
barədə agentliyə istinadən xəbər verir.




Belə ki, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi
Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye
zonalarının rezidentləri tərəfindən cari ilin birinci rübündə 883
milyon manat dəyərində məhsul istehsal edilib. Bu ötən ilin müvafiq
dövrü ilə müqayisədə 12,2 faiz çoxdur.

“Sənaye zonalarında rezidentlər üçün əlverişli biznes və
investisiya mühiti yaradılıb. İnvestorların fəaliyyətinin təşviqi
məqsədilə sənaye parklarının rezidentləri qeydiyyata alındıqları
tarixdən etibarən 10 il müddətinə bir sıra mühüm vergi
güzəştlərindən yararlanırlar. Belə ki, onlar əmlak, torpaq və
mənfəət vergilərindən azad edilir, həmçinin istehsal məqsədilə
idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara 10 il
müddətinə ƏDV və gömrük rüsumları üzrə azadolmalar tətbiq olunur.
Bu da investisiya xərclərinin optimallaşdırılmasına və istehsalın
genişləndirilməsinə əlavə imkanlar yaradır”, – məlumatda qeyd
edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir