
Bakı.Trend:
Bakı-Ələt magistralının Qobustan qəsəbəsindən keçən hissəsində
körpüdə çökmə baş verib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-in sorğusuna cavab
olaraq bildirilib ki, hadisə Bakı istiqamətində yolun 55-ci
kilometrliyində yerləşən kanal körpüsündə qeydə alınıb.
“Körpünün bir aşırım tirinin qırılması nəticəsində ərazidə çökmə
yaranıb. Hadisə yerinə dərhal agentliyin əməkdaşları cəlb olunub,
təhlükəsizlik tədbirləri görülüb. Hazırda magistralın 54-cü
kilometrindən 56-cı kilometrinədək paytaxt istiqamətində hərəkət
məhdudlaşdırılıb. Nəqliyyat vasitələrinin hərəkəti alternativ
olaraq qəsəbədaxili yan yola yönləndirilib.
Əraziyə agentliyin mütəxəssisləri cəlb olunub, hadisənin
başvermə səbəbləri araşdırılır, dəymiş zərər müəyyənləşdirilir.
Qısa müddət ərzində bərpa işlərinə başlanılacaq”, – deyə AAYDA-dan
bildirilib.

