Bu hallarda dövlət qulluğuna test imtahanının nəticəsi ləğv ediləcək

Baş səhifə

Bakı. Trend:

Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam
etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə
keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması,
ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi,
qiymətləndirmənin aparılması qaydasında dəyişikliklər edilib.

Trend xəbər
verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar
imzalayıb.

Qərara əsasən, namizəd tərəfindən bilərəkdən və ya kobud
ehtiyatsızlıq nəticəsində bilmədiyi halda səhv və ya təhrif olunmuş
məlumatları əks etdirən sənədlərin və ya məlumatların təqdim
edilməsi müəyyən edildikdə namizədin test imtahanında əldə etdiyi
nəticələr etibarsız hesab ediləcək.




Dövlət İmtahan Mərkəzi tərəfindən sertifikatın ləğv olunması
barədə müvafiq qərar qəbul ediləcək və 3 iş günü ərzində
nəticələrinin etibarsız hesab edilməsinin səbəbləri izah olunan
məlumat namizədə elektron qaydada təqdim olunacaq.

Bu qərardan inzibati qaydada və məhkəməyə şikayət verilə
biləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir