AMB I rübdə 23 depozit hərracı keçirib, bazarda likvidliyin idarəsi gücləndirilib

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin I rübündə Mərkəzi Bank avtonom amillərin monetar
şəraitə təsirini minimallaşdırmaqla AZIR-i uçot dərəcəsinə yaxın
saxlamaq üçün əsasən, 7 günlük depozit əməliyyatlardan istifadə
edib. 2026-cı ilin yanvar-mart aylarında 23 depozit hərracı baş
tutub.

Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.




Bildirilib ki, həmin hərraclar üzrə orta əməliyyat həcmi 1
milyard 70.4 milyoon manat olub. Açıq bazar əməliyyatları qismində
28 günlük (1 ay), 84 günlük (3 ay), 168 günlük (6 ay) və 252 günlük
(9 ay) notların yerləşdirilməsi üzrə hərracların keçirilməsi davam
etdirilib. Ümumilikdə, dövr ərzində Mərkəzi Bankın təşkil etdiyi
müxtəlif müddətli not hərraclarının 44-ü baş tutub. Baş tutan
hərraclardan 11-i 28 günlük, 11-i 84 günlük, 11-i 168 günlük, 11-i
isə 252 günlük notlar üzrə olub.

Qeyd edilib ki, mart ayının sonuna notlar vasitəsilə
sterilizasiya olunmuş vəsaitin toplam qalığı 306.9 milyon manat
təşkil edib. Bu, ötən ilin sonu ilə müqayisədə 63.9 milyon manat
azdır. Son hərraclarda formalaşan gəlirlilik 28 günlük notlar üzrə
6.25%, 84 günlük notlar üzrə 6.22%, 168 günlük notlar üzrə 6.32%,
252 günlük notlar üzrə isə 6.35% olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir