Azərbaycan güləşçisi Avropa üçüncüsü oldu

Baş səhifə

Bakı. Trend:

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U17 Avropa çempionatı
davam edir.

Trend xəbər verir ki,
beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yekun
vurulub.

Fatimə Bayramova (53 kq) polşalı Zuzanna Sokolovskaya tam
üstünlüklə (10:0) qalib gələrək bürünc medala sahib çıxıb.




Nuray Cəfərli (46 kq) bürünc medal görüşündə xorvatiyalı Lara
Blajekoviçə 1:4 hesabla məğlub olaraq 5-ci yerlə kifayətlənib.

69 kq çəkidə yarışan Simurə Abdullayeva isə təsəlliverici
görüşdə rusiyalı Polina Yefimovaya 2:8 hesabla uduzub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir