
Bakı. Trend:
Avropa Birliyi (AB) ölkələri əczaçılıq sənayesi üçün lazım olan
xammalın böyük hissəsini Asiya ölkələrindən idxal etdiyinə görə,
Hörmüz boğazında mümkün blokada bir sıra dərman vasitələrinin
çatışmazlığı riskini artıra bilər.
Trend xəbər verir ki,
bu barədə Fransanın “Tribune” nəşri mənbələrə istinadən məlumat
yayıb.
Məlumata görə, Hörmüz boğazının bağlanması və neft-kimya
məhsullarının qiymətlərində kəskin artım qlobal təchizat zəncirinə
ciddi təsir göstərə bilər. Bildirilir ki, əczaçılıq xammalının
təxminən 80%-ni Asiya ölkələrindən təmin edən AB dövlətləri bəzi
dərman preparatlarının qıtlığı ilə qarşılaşa bilərlər.

