PSJ Kamavinqanı transfer etmək istəyir

Baş səhifə

Bakı. Trend:

PSJ “Real Madrid”in yarımmüdafiəçisi Eduardo Kamavinqa ilə
maraqlanır.

Trend-in AS-a istinadən məlumatına görə, “ağ-qaralar” yaxşı
təklif alsalar, 23 yaşlı futbolçunu satmağı ciddi şəkildə nəzərdən
keçirməyə hazırdırlar.




Mənbənin məlumatına görə, “Real Madrid” klubu 2021-ci ildən
komandada çıxış edən fransız yarımmüdafiəçinin perspektivlərinə
şübhə ilə yanaşır.

Bu mövsüm Kamavinqa bütün yarışlarda 42 oyunda meydana çıxıb,
iki qol vurub və bir məhsuldar ötürmə edib. Onun klubla hazırkı
müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt portalındakı
məlumata görə, onun bazar dəyəri 50 milyon avrodur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir