TDT-yə üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu işə başlayır

Baş səhifə

Bakı. Trend:

Bakıda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin
təşkilatçılığı, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin
QHT-lərinin Platformasının tərəfdaşlığı ilə TDT-yə üzv ölkələrin
QHT-lərinin II Həmrəylik Forumu işə başlayır.

Trend xəbər
verir ki, “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində baş tutan forumda
8 ölkədən – Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan,
Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti və
Macarıstandan vətəndaş cəmiyyəti təmsilçiləri iştirak edirlər.

Bununla yanaşı, II Həmrəylik Forumu çərçivəsində ilk dəfə
Azərbaycan-Qırğızıstan, Azərbaycan-Türkmənistan, Azərbaycan-Şimali
Kipr QHT-lərinin I Əməkdaşlıq Forumları da baş tutacaq.

Xatırladaq ki, TDT-yə üzv ölkələrin QHT-lərinin I Həmrəylik
Forumu 2025-ci ilin 23-26 noyabr tarixlərində Bakı və Naxçıvanda
keçirilib.

Məlumat üçün bildirək ki, 2022-ci il mayın 19-da
Azərbaycan-Türkiyə QHT-lərinin Əməkdaşlıq Forumu, 2023-cü il
noyabrın 27-də Füzulidə Azərbaycan-Özbəkistan QHT-lərinin
Əməkdaşlıq Forumu, 2024-cü il dekabrın 5-də Daşkənddə
Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu, 2025-ci il
noyabrın 24-də Bakıda Azərbaycan-Qazaxıstan QHT-lərinin Əməkdaşlıq
Forumu keçirilib.

Xəbər yenilənəcək

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir