İsrail Qəzzaya milyardlarla dollar ayırmağa məcbur qaldı

Baş səhifə

ABŞ administrasiyası Qəzzanın bərpası planını maliyyələşdirmək üçün İsraildən saxlanılan fələstinli vergi vəsaitlərinin qaytarılmasını istəyə bilər.

Modern.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, Vaşinqton Donald Trampın Qəzzanın bərpası ilə bağlı planına dəstək məqsədilə Təl-Əvivdən milyardlarla dollar həcmində saxlanılan fələstinli vergi vəsaitlərini yönləndirməyi xahiş edə bilər.

Bildirilir ki, söhbət İsrail tərəfindən uzun müddətdir dondurulan və Fələstin administrasiyasına köçürülməyən vergi gəlirlərindən gedir.

Qeyd edək ki, Qəzzada dağıntıların bərpası və humanitar vəziyyətin yaxşılaşdırılması beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qalır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir