Kambocanın Baş nazirinin müavini Azərbaycana səfərə gəlib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Kamboca Krallığının Baş nazirinin müavini, torpaq idarəetməsi
naziri Say Sam Al BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü
Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 16-da Azərbaycan
Respublikasına səfərə gəlib.

Trend xəbər
verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı rəsmi
şəxslər qarşılayıblar.

Qeyd edək ki, mayın 17-də Bakıda dünyanın ən nüfuzlu şəhərsalma
platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü
Sessiyası (WUF13) başlayır. WUF13 BMT-nin Məskunlaşma Proqramı və
Azərbaycan Hökuməti tərəfindən birgə təşkil olunur. Mayın 22-də
başa çatacaq sessiya “Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunub.
WUF13-ə 180 ölkədən 32 mindən çox iştirakçı qeydiyyatdan keçib ki,
bu da artıq WUF tarixində rekord göstəricidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir