Putinin Çinə səfər edəcəyi tarix açıqlandı

Baş səhifə

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin 19-20 may tarixlərində Çin Xalq
Respublikasına rəsmi səfər edəcək.

Trend xəbər verir
ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, fevral ayında, Putin, ÇXR liderinin ölkəyə səfər
etmək dəvətini qəbul edib. Sonuncu dəfə Putin Çinə ötən ilin avqust
ayının sonunda səfər edib.




Səfərin ölkələr arasında bağlanmış Mehriban qonşuluq, dostluq və
əməkdaşlıq haqda müqavilənin imzalanmasının 25-illiyi münasibətilə
baş tutacağı bildirilir.

Səfər çərçivəsində Putin və Çin lideri Si Cinpin ölkələr
arasında ikitərəfli münasibətləri, hərtərəfli tərəfdaşlıq və
strateji qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinin
yollarını müzakirə edəcək, aktual beynəlxalq və regional
problemlərlə bağlı fikir mübadiləsi aparacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir