FHN-də WUF13 ilə bağlı Qərargah yaradılıb

Baş səhifə

Bakı. Trend:

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü
sessiyasına (WUF13) hazırlıqla bağlı Fövqəladə Hallar Nazirliyi
(FHN) üzərinə düşən vəzifələri uğurla icra edir.

FHN-in Baş əməliyyat idarəsinin rəis müavini Ağali Hüseynov
Trend
açıqlamasında bildirib ki, bu məqsədlə FHN-də nazirliyin rəhbər
vəzifəli şəxslərinin də təmsil olunduğu Qərargah və onun tərkibində
müvafiq sahələr üzrə peşəkar mütəxəssislərdən ibarət işçi qruplar
yaradılıb, Tədbirlər Planı hazırlanaraq təsdiq edilib.

Onun sözlərinə görə, təsdiq olunan Tədbirlər Planı üzrə qarşıya
qoyulan tapşırıqların yüksək səviyyədə icrası üçün nazirliyin
müvafiq qüvvələri ilk gündən səfərbər olunub:




“Bu çərçivədə, FHN-in strukturları tərəfindən əhalinin, o
cümlədən qonaqların təhlükəsizliyinin etibarlı şəkildə təmin
edilməsi üçün səlahiyyətləri çərçivəsində obyektlərdə yanğın,
texniki, tikinti və radiasiya təhlükəsizliyi sahələri üzrə müayinə
və monitorinqlər həyata keçirilib, maarifləndirmə işləri aparılıb,
mümkün fövqəladə hallara çevik reaksiya verilməsi və digər
istiqamətlərdə zəruri tədbirlər görülüb.

⁠⁠Həmçinin nazirliyin müvafiq strukturları, o cümlədən
yangın-xilasetmə qurumları tərəfindən WUF13-ə hazırlıq çərçivəsində
vəzifələrin uğurla yerinə yetirilməsi üçün ötən dövr ərzində zəruri
tədbirlər həyata keçirilib. Belə ki, Nazirlikdə yaradılmış Qərargah
tərəfindən təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq mümkün
fövqəladə hallara çevik və effektli reaksiyavermə imkanlarının
təmin edilməsi üçün mövcud əməliyyat şəraiti ətraflı öyrənilib,
şəxsi heyətin səmərəli bölgüsü aparılıb, texnika və avadanlıqların
tam döyüş hazırlığı səviyyəsində saxlanılması üçün zəruri tədbirlər
görülüb. Bundan əlavə, şəxsi heyətin döyüş və peşə hazırlığı
səviyyəsinin daha da yüksəldilməsi məqsədilə müxtəlif obyektlərdə,
o cümlədən otel, metro stansiyaları, ticarət və əyləncə mərkəzləri,
insanların kütləvi toplaşdığı digər məkanlarda çoxsaylı təlimlər
keçirilib, müxtəlif ssenarilər üzrə şəraitə uyğun simulyasiyalar
edilib”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir