Cəbrayıl və Xocalıya növbəti köç karvanları yola salınıb

Baş səhifə

Ağdam. Trend:

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə və Xocalı rayonunun
Badara, Təzəbinə, Xanyurdu, Xanabad, Ballıca və Daşbulaq kəndlərinə
növbəti köç karvanları yola salınıb.

Trend-in
Qarabağ bürosunun məlumatına görə, doğma yurdlarına qayıdanlar
indiyədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxana,
sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan
ailələrdir.




Bu mərhələdə Cəbrayılın Şükürbəyli kəndinə 18 ailə olmaqla 77
nəfər köçürülüb. Xocalının Badara kəndinə 10 ailə – 33 nəfər,
Təzəbinə kəndinə 10 ailə – 60 nəfər, Xanabad kəndinə 9 ailə – 33
nəfər, Ballıca kəndinə 4 ailə – 22 nəfər, Xanyurdu kəndinə 4 ailə –
18 nəfər, Daşbulaq kəndinə isə 4 ailə – 13 nəfər yola salınıb.

Xəbər yenilənəcək

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir