Mayın 18-də Dəmiryol Muzeyinə giriş sərbəst olacaq

Baş səhifə

18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan Dəmiryol Muzeyində “Açıq qapı” günü keçiriləcək.

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) “APA-Economics”ə verilən məlumata görə, ziyarətçiləri Azərbaycanın dəmir yollarının tarixi ilə tanış olmağa, keçmişlə bu gün arasında qurulan yolu birlikdə kəşf etməyə dəvət edirik.

Məlumatda bildirilir ki, muzeyə giriş sərbəstdir.

Qeyd edək ki, bu il “Muzeylər bölünmüş dünyanı birləşdirir” mövzusu ilə qeyd olunan Beynəlxalq Muzeylər Günü mədəniyyətin insanları bir araya gətirən gücünü ön plana çıxarır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir