Üztanıma sistemi ilə ödənişdə hər hansı problem yoxdur – ADY

Baş səhifə

Bakı. Trend:

Sosial şəbəkələrdə yeni nəsil şəxsiyyət vəsiqəsi sahiblərinin
üztanıma sistemi ilə ödənişdə problem yaşaması kimi edilən
paylaşımlara “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən aydınlıq
gətirilib.

ADY-dən Trend-ə verilən məlumata görə, ötən gün Azərbaycanın
ictimai nəqliyyatında ilk dəfə dəmir yollarında SİMA Pay – üztanıma
ilə istifadəyə verilən ödəniş sisteminin aktivləşdirilməsi üçün
“ADY Mobile” tətbiqində “Üztanıma ilə keçin” bölməsinə daxil olaraq
müəyyən proseduru keçmək, o cümlədən müvafiq xanaya şəxsiyyət
vəsiqəsinin seriya və nömrəsini əlavə etmək lazımdır.




“Müvafiq xanaya AA, AZE seriyaları daxil edilib, bu gün isə AB
seriyası da əlavə edilib. Artıq “iOS” sistemi ilə çalışan
cihazların sahibləri mobil tətbiqi yeniləməklə qeyd edilən
prosedurda AB seriyasını da görə bilər və müasir xidmətimizdən
yararlana bilərlər. Tezliklə “Android” sistemi ilə çalışan
cizahlarda da AB seriyası aktivləşdiriləcək. Yəni üztanıma
sisteminin bu səbəbdən müvəqqəti olaraq aktivləşdirilə bilinməməsi
“ödənişdə problem yaranması” demək deyil. Gediş haqqını həm
üztanıma sistemi, həm “ADY Mobile” tətbiqi, həm NFC, həm də bank
kartları və ADY-nin fiziki kartları (yeri gəlmişkən fiziki
kartların balansını onlayn artırmaq imkanı da var) ilə ödəmək
mümkündür”,- məlumatda bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir