WUF13 tədbiri üçün 480 taksi cəlb edilib – AYNA

Baş səhifə

Bakı.Trend:

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF 13) Tədbiri
ilə bağlı daşımalara 150 ədəd “Bakı Taksi” xidmətinin və hava
limanı daşımaları üzrə 330 ədəd taksi sifarişi operatorlarının
tərəfdaşlıq etdiyi digər nəqliyyat vasitəsi cəlb edilib.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən
(AYNA) məlumat verilib.

Bildirilib ki, sürücülərə xüsusi hazırlığa dair təlimlər
keçirilib və WUF13-lə əlaqədar taksi parkları ilə görüş keçirilərək
müvafiq tapşırıqlar verilib. Təhlükəsizlik tədbirləri nəzərə
alınaraq taksilərin stadionun nəqliyyat zonası və “Koroğlu” NMM-də
istifadəsi mümkün olacaq. Eyni zamanda, hava limanı ərazisində
tədbirlə bağlı taksi sifarişi operatorları tərəfindən sifariş
göndərilən nəqliyyat vasitələrinin minib-düşmə yerləri “Terminal
2”nin qarşısında təyin edilib.




Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən WUF13
Əməliyyat şirkəti ilə birgə WUF13 forumu çərçivəsində 9 HUB və 2
son məntəqə, eyni zamanda 67-dən çox aralıq məntəqə təşkil
edilib.

Tədbir iştirakçılarını Heydər Əliyev Beynəlxalq Hava Limanından
müəyyən edilmiş məntəqələrə daşınması üçün 6, eyni zamanda tədbir
günlərində həmin məntəqələrdən forumun keçiriləcəyi əraziyə
daşınması üçün 12 marşrut fəaliyyət göstərir. Daşımalar əsasən
elektrikli avtobuslarla həyata keçirilir. Nəqliyyat
əməliyyatlarının həyata keçirilməsi üçün sürücü və idarə heyəti ilə
birlikdə 1500-ə yaxın işçi heyəti bu proseslərə cəlb edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir