
Bakı. Trend:
ABŞ-nin Texas ştatında güclü yanğın nəticəsində dəmir yolu
körpüsü məhv olub.
Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.
Yanğın təxminən 6 min hektar ərazini əhatə edib.
Məlumata görə, yanğına ildırım vurması səbəb olub. Güclü külək
alovun sürətlə yayılmasına şərait yaradıb. Nəticədə yerli
sakinlərin evləri və nəqliyyat vasitələri də yanaraq məhv olub.
Fəlakət bölgəsində küləyin sürəti saatda 48 kilometri ötüb.

