Münaqişələr şəhər bərpası və mənzil təminatına ciddi ziyan vurur – İran rəsmisi

Baş səhifə

Bakı. Trend:

Münaqişələr şəhər bərpası və mənzil təminatına ciddi ziyan
vurur.

Trend xəbər verir ki,
bunu İranın Yol və Şəhərsalma nazirinin şəhərsalma və memarlıq üzrə
müavini Gholamreza Kazemian WUF13 çərçivəsində keçirilən nazirlərin
dəyirmi masasında deyib.

O bildirib ki, İran şəhərsalma və humanitar mühitin
yaxşılaşdırılması istiqamətində beynəlxalq əməkdaşlığa sadiqdir və
şəhər inkişafı proqramlarını davam etdirir.

“Biz urban infrastrukturun genişləndirilməsi, sosial həssas
qruplar üçün mənzil təminatı və dayanıqlı şəhər inkişafı
istiqamətində mühüm addımlar atmışıq”, – deyə o bildirib.

Rəsmiyə görə, şəhərsalma proqramları icmaların risklərin idarə
olunmasına və iqlim dəyişikliklərinə uyğunlaşmasına töhfə
verir.
O qeyd edib ki, münaqişələr şəhər infrastrukturu və mənzil fonduna
ciddi ziyan vurur:




“Müharibələr nəticəsində minlərlə ev dağıdılır, insanlar evsiz
qalır və bu, şəhərlərin dayanıqlı inkişafına mane olur”, – deyə o
vurğulayıb.

Nazir müavini əlavə edib ki, şəhər bərpası və münaqişələrdən
zərər çəkmiş ərazilərin yenidən qurulması əsas prioritetlərdən
biridir.

“Biz daha dayanıqlı şəhərlər qurmaq üçün enerji, su və nəqliyyat
sistemlərinin bərpasına yönəlmiş praktik həllər həyata keçiririk”,
– deyə o bildirib.

Çıxışının sonunda o, dünyada uşaqların təhlükəsiz və layiqli
mənzil şəraitində yaşamasının vacibliyini vurğulayaraq beynəlxalq
ictimaiyyətə çağırış edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir