
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng
edib.
Trend xəbər verir ki,
dövlətimizin başçısı Prezident Kasım-Jomart Tokayevi ad günü
münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, fəaliyyətində
uğurlar, qardaş Qazaxıstan xalqına daim rifah və tərəqqi
arzulayıb.
Qazaxıstan Prezidenti göstərilən diqqətə və səmimi təbriklərə
görə minnətdarlığını bildirib.
Telefon danışığı zamanı Azərbaycan ilə Qazaxıstan arasında
dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi
vurğulanıb, əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi ilə
bağlı fikir mübadiləsi aparılıb.
Dövlət başçıları, həmçinin mayın 15-də qədim Türküstan şəhərində
keçirilmiş Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünü
məmnunluqla xatırlayıb, həmin tədbirin Türk dünyasında həmrəyliyin
və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi baxımından önəmini qeyd
ediblər.

