Çin müasir şəhərlər üçün “dörd yaxşı” strategiyasını irəli sürüb

Baş səhifə

Bakı. Trend:

Çin müasir şəhərlər üçün “dörd yaxşı” strategiyasını irəli
sürüb.

Trend xəbər verir ki,
BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil edilən
Dünya Şəhər Forumu (WUF13) çərçivəsində keçirilən nazirlərin
dəyirmi masasında Çinin Mənzil və Şəhər-Rural İnkişaf Nazirliyinin
(MOHURD) Baş iqtisadçısı Van Şencjun deyib.

ÇXR rəsmisi bildirib ki, ölkədə yeni tip şəhərləşmə səviyyəsi,
şəhər inkişafının keyfiyyəti, şəhər planlaşdırılması və idarəetmə
sistemi, əhali mobilliyi, tarixi-mədəni irsin qorunması və şəhər
ekoloji mühitinin keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlib.

O qeyd edib ki, Çin son 10 ildə Yeni Şəhər Gündəliyinin icrası
üzrə əldə olunan nəticələri ümumiləşdirərək milli hesabat
hazırlayıb və forum çərçivəsində bu təcrübəni beynəlxalq
ictimaiyyətlə bölüşür.

Rəsmiyə görə, Çin “xalq üçün şəhər” konsepsiyası əsasında şəhər
modernizasiyasını davam etdirir və “dörd yaxşı” şəhərsalma modelini
irəli sürür.




Ona görə, bu yanaşmaya aşağıdakılar daxildir: yaxşı evlər, yaxşı
yaşayış məhəllələri, yaxşı icmalar,yaxşı şəhər rayonları.

ÇXR rəsmisi bildirib ki, bu model çərçivəsində innovativ,
yaşanabilən, ekoloji cəhətdən dayanıqlı, ağıllı və mədəni inkişafı
təmin edən müasir şəhərlər formalaşdırılır.

Onun sözlərinə görə, “yaxşı evlər” təhlükəsiz, rahat, yaşıl və
ağıllı tikinti standartları əsasında inşa olunur; “yaxşı yaşayış
məhəllələri” isə köhnə şəhər ərazilərinin yenilənməsi vasitəsilə
formalaşdırılır.

Eyni zamanda, “yaxşı icmalar” tam infrastruktur və təhlükəsiz
mühitə malik yaşayış sahələrini nəzərdə tutur, “yaxşı şəhər
rayonları” isə şəhər yenilənməsi və yerli xüsusiyyətlərin qorunması
ilə inkişaf etdirilir.

Çin rəsmisi vurğulayıb ki, şəhərlər müasir inkişafın əsas
daşıyıcısı və insanların rifahının mühüm məkanıdır. O əlavə edib
ki, Çin BMT-nin müvafiq qurumları ilə əməkdaşlığı davam etdirərək
Yeni Şəhər Gündəliyinin icrasına və qlobal şəhər inkişafı
təcrübəsinin paylaşılmasına töhfə verməyə hazırdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir