
Bakı. Trend:
İntensiv yağışlar zamanı ərazilərdə toplanan yağış sularının
kənarlaşdırılması məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları
Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti
gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Bu barədə Trend-ə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən
(ADSEA) bildirilib.
“ADSEA və Xidmətin cavabdeh şəxsləri, o cümlədən sukanal
idarələrinin əməkdaşkaları müxtəlif ərazilər üzrə yağış sularının
kənarlaşdırılması işlərini həyata keçirirlər.
Suraxanı rayonu Hövsan qəsəbəsi İ.Əhlimanov, Zığ qəsəbəsi
İ.Suleymanov küçəsində kanalizasiya xətləri təmizlənir, Sabunçu
rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev, Yaşar Əliyev, Səbail
rayonu, Neftçilər prosoekti ilə Bülbül küçəsinin kəsişməsi, Xətai
rayonu, Məzahir Rüstəmov küçəsi, 3N-li nasosstansiya, Bağırov
körpüsü və digər ərazilərdə toplanan yağış suları
kənarlaşdırılır.
İşlər intensiv və təxirəsalınmaz şəkildə davam etdirilir”, –
deyə qurumdan əlavə olunub.

