Anar Quliyev: Azərbaycandakı idarəetmə modeli dayanıqlı inkişafın təmin edilməsinə kömək edir

Baş səhifə

WUF13 bizneslər üçün əməkdaşlıq, əlaqə və şəhər inkişafına töhfə vermək baxımından mühüm imkanlar yaradır.

APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində assambleyaların birgə açılışı zamanı çıxışında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

O deyib ki, bu forum innovasiya, investisiya və praktiki həllərin bir araya gəldiyi platformadır:

“Bu baxımdan xüsusilə WUF13 Urban Expo çərçivəsində yaradılan yeni Biznes və İnnovasiya Mərkəzini vurğulamaq istərdim.

Bu mərkəz startapların, innovativ şirkətlərin, memarların, şəhərsalma mütəxəssislərinin və urbanistlərin görüşməsi, fikir mübadiləsi aparması və tərəfdaşlıqlar qurması üçün platforma yaradır.

Bu gün sürətli urbanizasiya, mənzil problemləri, iqlim riskləri və infrastruktur yüklənməsi dünyanın bütün şəhərlərinə təsir göstərir. Belə şəraitdə özəl sektorun rolu daha da artır.

Özəl investisiyalar, innovasiyalar və yeni texnologiyalar praktik nəticələrin daha sürətli əldə edilməsinə kömək edir.

Eyni zamanda uğurlu icra yerli və regional hökumətlərdən çox asılıdır. Çünki onlar insanların gündəlik həyatına ən yaxın qurumlardır. Mənzil, nəqliyyat, infrastruktur, ictimai xidmətlər və yerli rifah məhz onların məsuliyyət sahəsinə daxildir”.

Anar Quliyev bildirib ki, azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri çərçivəsində Azərbaycanda yeni idarəetmə modeli tətbiq olunub:

“Bu model Prezidentin xüsusi nümayəndələri institutu vasitəsilə həyata keçirilir. Bu model əlaqələndirilmiş fəaliyyətin, dayanıqlı inkişafın və keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsinə kömək edir.

O, şəhərsalma, ictimai xidmətlər, ətraf mühitin qorunması, mədəni irsin mühafizəsi və icmaların yenidən qurulmasını dəstəkləyir.

Bu yanaşma postmünaqişə dövrünün dayanıqlı və insan mərkəzli şəkildə planlaşdırılmasının mühüm nümunəsinə çevrilib”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir