Mənzil problemi sosial bərabərlik, irqi ayrı-seçliklə mübarizə və gender bərabərliyi qədər önəmli məsələdir – Braziliya səfiri

Baş səhifə

Bakı. Trend:

Azərbaycan hökumətinə və xalqına göstərdikləri böyük
qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm. Bu, artıq
Azərbaycanin ev sahibliyi etdiyi ikinci böyük və önəmli
tədbirdir.

Trend xəbər verir ki,
bunu Braziliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri
Manuel Monteneqro Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü
sessiyası (WUF13) çərçivəsində nazirlərin dəyirmi masasında
bildirib.




Onun sözlərinə görə, mənzil məsələsi dayanıqlı və davamlı
inkişafın da əsasını təşkil edir:

“Braziliya hələ də aşağı gəlirli əhali qruplarına, xüsusilə də
qadınların rəhbərlik etdiyi ailələrə qeyri-mütənasib şəkildə təsir
edən bir çox problemlərlə üzləşir. Bu, bizə xatırladır ki, mənzil
problemi sosial bərabərlik, irqi ayrı-seçliklə mübarizə və gender
bərabərliyi qədər önəmli məsələdir. Braziliyada əhalinin 27 faizi
şəhərlərdə yaşayır. Son illər ərzində Braziliya həm də şəhər
nazirlikləri üçün əsas əhəmiyyət daşıyan sosial iştirak
mexanizmlərini bərpa etmişdir. Bu çərçivədə dövlət idarəçiliyi
gücləndirilmiş, insanların siyasətlərin hazırlanması, icrası və
qiymətləndirilməsində iştirakı artırılıb. Şəhər transformasiyası
əməkdaşlıq olmadan davamlı ola bilməz, buna görə də koordinasiyanın
gücləndirilməsi olduqca vacibdir”, o qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir