AZAL Naxçıvan Hava Limanında vəziyyətlə bağlı açıqlama yaydı (VİDEO)

Baş səhifə

Bakı. Trend:

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Naxçıvan Beynəlxalq Hava
Limanında mövcud vəziyyətlə bağlı yayılan məlumatlara aydınlıq
gətirib.

Trend xəbər verir ki,
şirkət sosial şəbəkələrdə paylaşılan və Naxçıvan Beynəlxalq Hava
Limanında hazırkı vəziyyəti əks etdirdiyi iddia olunan görüntülərin
köhnə olduğunu və reallığı əks etdirmədiyini bildirib.

Açıqlamada qeyd olunub ki, hazırda Naxçıvan istiqamətində
uçuşlar əvvəlki qaydada həyata keçirilir, hava limanında əməliyyat
vəziyyəti stabildir və sərnişinlərə xidmət ştat rejimində davam
edir.




Bildirilib ki, son günlər müşahidə olunan əlverişsiz hava
şəraiti səbəbindən bəzi reyslərdə dəyişikliklər edilsə də, bütün
qərarlar uçuş təhlükəsizliyi prioritet götürülərək qəbul
olunub.

AZAL vətəndaşlara yalnız rəsmi mənbələrə istinad etməyi tövsiyə
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir