
Bakı. Trend:
Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç BMT-nin
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak
etmək məqsədilə mayın 17-də Azərbaycana səfərə gəlib.
Trend xəbər
verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağı
Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev və digər
rəsmi şəxslər qarşılayıblar.

