
Bakı. Trend:
Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova BMT-nin
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak
etmək məqsədilə mayın 17-də Azərbaycan Respublikasına səfərə
gəlib.
Trend xəbər verir ki,
Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağı Azərbaycanın
mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər
qarşılayıblar.

