Avrasiya regionunda daşınmaz əmlakın hissə-hissə ödəniş sistemi ilə alınması geniş yayılır – Samir Məmmədov

Baş səhifə

Bakı. Trend:

Qlobal tənzimləmələr və yeni qaydalar hazırlanarkən elə bir
infrastruktur qurulmamalıdır ki, sonradan cəmiyyətin aşağı gəlirli
təbəqələri üçün nə əlçatan, nə də istifadəyə yararlı olsun. Bu
proses paralel şəkildə inkişaf etməlidir.

Trend xəbər
verir ki, bunu BMT Qlobal Sazişinin Azərbaycan üzrə meneceri Samir
Məmmədov WUF13 çərçivəsində baş tutan “Mənzil dəyər zənciri boyunca
özəl sektor liderliyi: Çətinliklərə baxmayaraq nəticələrə nail
olmaq” mövzusunda Biznes Assambleyası sessiyasında çıxışı zamanı
deyib.

S.Məmmədov bildirib ki, dünyanın bu hissəsində geriyə qalan əsas
məsələ tələbin formalaşmasıdır. Tənzimləyici qurumlar artıq
vəziyyəti anlayır, biznes sektoru isə hazırlaşır. Bunun emosional
məsuliyyət, yoxsa kommersiya maraqları səbəbindən baş verməsi
ayrıca mövzudur. Amma biznes kifayət qədər sürətlə uyğunlaşır:

“Lakin düşünürəm ki, istifadəçi və istehlakçı tərəfi hələ bu
mərhələyə çatmayıb. Əsas çatışmayan hissə də məhz budur. Biz bəzən
elə düşünürük ki, hamı bu məsələləri anlayır, insanlar əlçatan, “yaşıl” və dayanıqlı mənzil gözləyir. Reallıq isə fərqlidir. Hətta
terminologiyanın özü belə insanlar üçün əlçatan deyil.

Bu səbəbdən əsas diqqət yetirilməli sahələrdən biri icmaların
maarifləndirilməsidir. İnsanlara hansı çağırışların mövcud olduğu,
hansı dəyişikliklərin baş verdiyi və onları nələrin gözlədiyi izah
edilməlidir. Tələbin idarə olunması formalaşdırılmalıdır.




Biznes nümayəndələri ilə danışanda onlar tez-tez “tələb yoxdur”
deyirlər və açığını desək, tamamilə haqsız da deyillər. Ona görə də
diqqət çəkilməli istiqamətlərdən biri icmaların, sadə vətəndaşların
və son istifadəçilərin düşüncə tərzinin hazırlanmasıdır”.

S.Məmmədov vurğulayıb ki, xüsusilə Avrasiya regionunda daşınmaz
əmlakın hissə-hissə ödəniş sistemi ilə alınması geniş yayılır:

“İlkin xərclərin azaldılması, uzunmüddətli texniki xidmət və
kommunal xərclərin əhəmiyyəti hələ insanlara tam şəkildə izah
olunmayıb və təqdim edilməyib.

Məncə, əsas sıçrayış məhz bu mərhələdə baş verəcək. Daha sonra
siyasətçilər də öz növbəsində özəl sektora müraciət edərək
məsləhətləşmələr aparacaqlar.

Məhz bundan sonra təbii proses işə düşəcək. Əks halda yalnız
aktivistlərin və ya tənzimləyici qurumların bu yanaşmanı tətbiq
etməyə çalışması kifayət etməyəcək”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir